Kolposkopiya

Kolposkopiya

Kolposkopiya nədir?

Kolposkop uşaqlıq boynu xərçəngi və xərçəngönü xəstəliklərinin erkən aşkarlanmasında istifadə olunan optik cihazdır və bu cihaz vasitəsilə aparılan müayinə isə kolposkopiya adlanır. Bu müayinəni aparmaqda bizim məqsədimiz tək uşaqlıq boynunda olan patologiyaları təyin etmək deyil, eyni zamanda həmin patoloji nahiyyələrdən məqsədyönlü biopsiya almaqdır. Kolposkopun nəzarəti olmadan alınan biopsiyalarda yanlış nəticələrə çox rast gəlinir. Müayinəni aparmaqda üçüncü məqsədimiz isə aşkarlanmış xəstəliklərin müalicəsində taktikamızı düzgün seçməkdir, yəni müalicəni konservativ və ya operativ yolla aparmağa qərar vermək.

Kolposkopiyanın yaranma tarixi

Kolposkopiya ilk dəfə 1925-ci ildə alman alimi H.Hinzelman tərəfindən kəşf olunmuşdur. Hinzelman həmin zamanlar uşaqlıq boynunu işıqlandıraraq binokulyar böyüdücü ilə araşdırma aparmağa başlamışdır. Həmin dövrdə Şiller uşaqlıq boynu xərçəngönü xəstəliklərini aşkar etmək üçün Lüqol məhlulu ilə sınağı təklif etmişdir. Eyni zamanda H.Hinzelman sirkə turşusu ilə sınaq qoyaraq uşaqlıq boynunun xərçəngönü xəstəliklərini aşkarlamağı təklif etmişdir. 1963-cü ildən ABŞ-da bir sıra həkim ginekoloq tərəfindən kolposkopik müayinəni uşaqlıq boynu patologiyalarını aşkarlamaq üçün istifadə etməyə və daha da təkmilləşdirməyə başlamışdılar.

Kolposkopiya kimlərə icra olunur?

  • Uşaqlıq boynu xərçənginin qarşısını almaq üçün aparılan, rutin müayinə olan Pap-test analizinin cavabında hər hansı anormal vəziyyət olarsa;
  • İnsan papilomavirusunun yüksək onkogen tipləri (16;18) pozitiv olarsa xəstə bir mənalı olaraq daha ətraflı müayinə üçün kolposkopiya göndərilir;
  • Uşaqlıq boynunda rastlanan bütün patoloji vəziyyətlərdə kolposkopik müayinə məsləhətdir;
  • Palpasiya zamanı və ya gözlə görünən hər hansı bir lezyon varsa;
  • Kontakt qanama varsa;
  • Total histerektomiyadan (uşaqlığın uşaqlıq boynu ilə birlikdə götürülməsi)sonra anormal Pap-Smear cavabı olarsa;
  • Uşaqlıq boynu, uşaqlıq yolu, xarici cinsiyyət üzvü, perianal və anal nahiyyə papilomavirus xəstəliyi olan bütün hallar;
  • Bətndaxili dövrdə DES (dietilbestrol) qebul etmişsə;
  • Səbəbi məlum olmayan uşaqlıq yolu axıntıları varsa;
  • Səbəbi məlum olmayan ağrılı cinsi əlaqə varsa;

Əlaqə yaradın

keyboard_arrow_up