ABORT NƏDİR? ABORTA HAZIRLIQ NECƏ OLMALIDIR?Qadın hamiləlikdən müxtəlif dövrlərdə azad ola bilər. Abortu 12 həftəyə qədər etmək olar (buna erkən abort deyilir), amma təcrübə göstərir ki, dölü uşaqlıqdan 22 həftəyə qədər uğurla xaric etmək olar və bu ən son müddətdir (belə abort gecikmiş adlanır).
Erkən və gecikmiş abortların fərqi ondadır ki, qadın birinci halda bu qərarı sərbəst qəbul edə bilər və heç kəs ona mane ola bilməz, ikinci hala gəldikdə isə, bu, ağır və təhlükəli müdaxilədir. Bu zaman hamiləliyin süni pozulması üçün komissiya yaradılır.
Bütün sənədlərə, analizlərə baxıb hamiləliyin pozulma səbələri ilə tanış olduqdan sonra, komissiya abort haqqında qərar verir. Bu onunla əlaqədardı ki, gecikmiş dövrdə hamiləliyin pozulması, hər şeydən əvvəl vaxtından qabaq doğuşdur, hansından sonrakı uşaq ölür. Adətən abort, döl normal inkişaf etmədikdə və ya həyat qabiliyyəti olmadıqda aparılır.
Həmçinin aborta gecikmiş mərhələdə müxtəlif sosial səbəblərdən (tək ana, yaşayış yerinin olmaması, çoxuşaqlı ailə, zorlanma, işsizlik) icazə verilə bilər. Dəqiqini desək, hamiləliyi həm tibbi, həm də sosial səbəblərə görə pozmaq olar.
Müasir dövrdə çoxsaylı kontrasepsiya vasitələri var. Onlar arzuolunmaz hamiləlik riskini minimuma endirsə də, ona tez-tez rast gəlinir. Arzuolunmaz hamiləliyə səbəb olan hallar çox müxtəlifdir. Tez-tez müxtəlif səbəblərdən həkimə müraciət etmək imkanı olmur.
Aborta nə vaxt ciddi zərurət yarana bilər?
Abortun keçirilməsinin ən geniş yayılmış səbəbi qadının arzuolunmaz hamiləliyin inkişafını dayandırmaq istəyidir. Lakin, bir sıra hallarda, məsələn, hamilə qadının həyatının xilas edilməsi və ya uşağın doğumdan dərhal sonra yaxud ölümündə və ya onu sağalmaz əlil edəcək ağır inkişaf anomaliyaları olan dölün inkişafını dayandırmaq məqsədi ilə abort həyata keçirilir.